Dünyanın diqqəti İstanbulda -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
102 | 2025-05-13 10:03

 Müsbət nəticə əldə olunacaqmı?

 Rusiya-Ukrayna müharibəsinin bitirilməsi, tərəflərin İstanbulda atəşkəsin əldə olunması üçün danışıqlara başlamağa razılıq verməsi, bəlkədə son şansdır. Lakin, Rusiya və Ukrayna liderlərinin bu danışıqlarda müsbət nəticə əldə edə biləcəkləri o qədər də inandırıcı görünmür.

 Çox istərdik ki, bu danışqlarda müsbət nəticə əldə olunsun, qanlı müharibənin sülh yolu ilə həll olunmasını gözləyənlərin  ümidlərini qırmasın.

 Lakin, hər iki tərifin və dünya KİV-lərunin yaydıqları məlumatlar göstərir ki, bu danışıqlar da 2022-ci ildə olduğu kimi başlamamış dayandırıla bilər. 

 Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, "Qərb - xüsusiylədə Almaniya və Fransa, münaqişə tərəfləri arasında 30 günlük atəşkəsə nail olmaqda məqsədləri Kiyevə hərbi potensialını bərpa etmək və Rusiya ilə qarşıdurmanı davam etdirmək üçün nəfəs almaq imkanı yaratmaqdır". 
 
  Ukraynalı məhşur aparıcı jurnalist Qordon da, bloger səhifəsində bu danışıqların uğurla nəticələnəcəyinə inanmadığını, Rusiya tərəfinin müharibənin bitməsini  istəmədiyini bəyan edib. 

 Bu arada sosial şəbəkələrdə Rusiya-Ukrayna müharibəsində 30 günlük atəşkəs əldə edilməsini müzakirə etməklə bağlı Kiyevə gələn Almaniya kansleri Fridrix Merts, Fransa prezidenti Emanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmerin bigə  video görüntüləri yayımlayıb. Sosial şəbəkədə yayımlanan kadrları izləyənlər, video görüntülərdə, siyasilərin ətrafında əyləşdikləri masada, içərisində narkotik maddə olması güman edilən bağlama və narkotik maddə istifadə etmək üçün müvafiq vəsaitlərin olduğunun şahidi olublar. 

 Üç dövlətin liderlərinin əyləşdikləri masanın üzərində olan bağlama və narkotiklətin istifadəsi üçün müvafiq ləvəzimatların görüntüləriylə bağlı, açıqlama verən rəsmi Paris bəyan edib ki, siyasilərin əyləşdikləri masanın üstündə adi salfetka kağızı olub. Yeliseyev sarayı guya narkotiklərlə bağlı yayımlanan kadrları dezinformasiya adlandırıb və bunu Avropanın birliyini pozmaq cəhdi kimi qiymətləndirib.

 Görünən odur ki, həm Qərbdə, həm də Rusiyada müharibənin bitməsini istəməyən məkirli qüvvələr, İstanbul danışıqlarının baş tutmaması üçün bütün çirkin gücünü ortaya qoymağa çalışırlar. 

 Dünən Rüsiya Federasiyasının Prezidenti Vladimir Putin, Türkiyə Cumhitiyətinin prezidenti Rəcəb Tayib Ərdoğanla telefonla danışıb. Türkiyənin Prezidenti münaqişə tərəflərinin danışıqlara başlamaq qərarlarını alqışlayıb və danışıqların təhlükəsiz şəkildə aparılması üçün İstanbulda müvafiq şəraitin yaradılacağını bildirib. 

 ABŞ prezidenti Donald Tramp da, Rusiya-Ukrayna münaqişəsinin uğurla nəticələnəcəyinə ümid etdiyini bildirib. 

 Gözləyək görək,  ABŞ prezidentinin ümidləri doğrulacaqmı?..

 

TƏQVİM / ARXİV