adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Aprel 2017 15:29
8553
DÜNYA

Ukrayna Krım sərhədinə qoşun yığır

Kiyev hökuməti Krımla sərhəddəki hərbi birləşmələrinin sayını artırır.

Adalet.az xəbər verir ki, bu barədə Krım hökumətinin rəsmisi Zaur Smirnov məlumat verib.

Onun sözlərinə görə, Ukrayna ordusu bu həftə Krım sərhədində növbəti hərbi təlim keçirmək niyyətindədir.

"Son aylarda müxtəlif təyinatlı hərbi birləşmələrin iştirakı ilə belə təlimlər keçirilib. Biz bunu sərhəddə gərgin vəziyyət yaratmağa cəhd kimi qiymətləndiririk”, - Smirnov bildirib.