Ukrayna itkilərinin sayını açıqladı – Statistika
Donbasda rusiyameyilli separatçılarla döyüşdə həlak olan hökumət qüvvələrinin canlı qüvvəsinin sayı bəlli olub.
Adalet.az-ın məlumatına görə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasından bildirilib ki, Donbasdakı antiterror əməliyyatları zamanı hökumət qüvvələrinin 789 hərbçisi həlak olub.
Məlumatda o da qeyd olunub ki, təkcə son sutka ərzində Ukrayna ordusunun 10 hərbçisi həlak olub, 30-u isə yaralanıb.
Əməliyyatlara start verildikdən bu günə qədər yaralanan Ukrayna hərbçilərinin sayı isə 2789 olub.
Xatırladaq ki, Ukraynanın cənub-şərqində aktiv hərbi əməliyyatlar aprelin 15-dən başlayıb.
Digər Xəbərlər
28 Aprel 2024 15:13