“Uğurlu karyera düzgün seçimlə başlayar” mövzusunda seminar keçirilib - FOTOLAR
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi,“Könüllülük Fəaliyyətinin Təbliği Gənclər” ictimai birliyinin təşkilatçılığı ilə “Uğurlu karyera düzgün seçimlə başlayar” layihəsi çərçivəsində tədbirlərin icrasına start verilib. Layihə çərçivəsində ilk tədbir 06 dekabr 2022-ci il tarixində Bakı şəhəri,Gəncliyə Yardım Fondu Hacı Zeynalabin Tağıyev konfrans salonunda həyata keçirilmişdir.
Tədbirdə ilk öncə layihə çərçivəsində hazırlanmış “Karyera planlaması” kitabının təqdimatı həyata keçirilmiş, daha sonra isə tədbir iştirakçılarına seminar verilmişdir. Tədbirlərdə açılış çıxışı edən “Könüllülük Fəaliyyətinin Təbliği Gənclər” ictimai birliyinin idarə heyyətinin üzvü Ələddin Əzizov layihənin məqsədi və hədəfləri haqqında danışaraq qeyd etdi ki, bu layihədə əsas məqsədimiz yeniyetmə və gənclərə peşə, ixtisas, karyera planlaması mövzusunda ətraflı məlumat verərək peşə və ixtisas seçimi edərkən şüurlu və məqsədyönlü davranmalarına dəstək olmaqdır. Təlimçi Samir Həmzəyev çıxış edərək uğurlu gələcəyin təminatı olan düzgün peşə və ixtisas seçiminin əhəmiyyətindən danışdı. Bunun üçün yeniyetmə və gənclərə erkən yaşdan etibarən düzgün istiqamət verilməsinin zəruriliyini vurğuladı. Peşə və ixtisas seçimi edərkən özünü tanımanın, araşdırmanın, məqsədlər təyin etmənin və əzimlə işə başlamanın əhəmiyyətindən danışdı. Əmək bazarının tələblərini diqqətə alaraq peşə seçimi etməyin önəmindən bəhsetdi.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara ətraflı cavaplar verildi. Hər bir iştirakçıya layihə çərçivəsində hazırlanmış “Karyera planlaması” kitabı, buklet və sertifikat verildi.
Digər Xəbərlər
13 Mart 2026 09:00
DÜNYAYA TÖHFƏ VERMƏK HƏR ÖLKƏNİN İŞİ DEYİL
06 Mart 2026 09:00
İMİŞLİDƏ MÖHTƏŞƏM ABADLIQ İŞLƏRİ
27 Fevral 2026 09:00
AZƏRBAYCAN GƏNCLƏRİ DÜNYANIN ƏN İSTEDADLISIDIR
20 Fevral 2026 09:00
ERMƏNİLƏR QARABAĞ SAVAŞINDA AZƏRBAYCANA YÜZ MİLYARDDAN ÇOX ZİYAN VURUBLAR
06 Fevral 2026 09:00
ONLAR HEÇ VAXT ÖLÜMDƏN QORXMADILAR
30 Dekabr 2025 16:17
“Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi çərçivəsində təltifetmə tədbiri keçirilib
30 Dekabr 2025 15:52
“Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir
29 Dekabr 2025 08:30


Bakı -°C

