Uğur olsun, Kapitan! - REYHAN KƏNAN yazır
İlk dəfə bir şeir məclisində görmüşəm Faiq Balabəylini. Mən şeir oxudum,deyəsən xoşunagəlmişdi. Haralı olduğumla maraqlndı. Cəlilabdlı olduğumu deyəndə üzündə həm təəccüb, həm də sevinc hissini duydum. Çünki, o da Cəlilabadlı idi. Elə o dəqiqə özümdə ona qarşı bir doğmalıq duydum. Həm də gözlərindəki gülüş o qədər saf idi ki. Kəndimizin adını da soruşdu, hansısa əsgər yoldaşının adını çəkdi, dedi ki, sizin tərəflərdən olmalıdır. Amma dediyi adamı tanımadım.
Həmin şeir məclisində o da şeir oxudu,məhbus həyatına həsr etdiyi şeir idi oxuduğu şeir. Mənə çox maraqlı gəldi, nisgilli bir şeir idi.O şeirdəki bir bənd o vaxtdan yaddaşımda ilişib qaldı...
Axşamkı yağışdan sonra
küçələrdəki gölməçələrdə qarışqa kimi
qaynaşacaq çömçəquyruqlar.
Böyümək istəyəcəklər,
Böyüyüb qurbağa olduğlarının
fərqində olmayacaqlar...
Ən çox o “çömçəquyruq” ifadəsi mənə maraqlı gəlmişdi, şeirdə çömçəquyruq ifadəsini ilk dəfə eşidirdim.
Sonra getdiyim bir çox tədbirlərdə rastlaşdıq, salmlaşdıq. Mənim üçün onun yaradıcılığından əvvəl insanlığı daha da gözəldir, desəm zənn edirəm ki, yanılmaram. Bilirəm ki, belə insanlar daha etibarlı və güvənlidir.Axı hər adama inanıb, güvənmək olmur. Həyatda tutduğu mövqeyindən asılı olmayaraq insan öz sadəliyini qoruya bilirsə,deməli o adama dost demək olar. Məncə, Faiq Balabəyliyə güvəmnək olar!
Faiq Baləbəyli həm də dənizçi şairdir. Dənizi kənardan sevməyə nə var ki! Biz dənizi kənardan seyr edirik, kənardan sevirik.Tufanına, küləyinə, həm də amansızlığına baxmayaraq.O isə tufanda, küləkdə dalğalarla çarpışır və dalğaların atıb-tutduğu gəmidə hansısa şeirini yazır, əsərini yaradır. Və o, dənizin içindədir,dənizin özüdür! Ömrünü dənizə,ucsuz-bucaqsız sulara bağlayan kapitan şair... Səslənişi belə gözəldir!
Yaradıcılığndan çox bəhs etmək istəmirəm,çünki görünən dağa bələdçi lazım deyii.İstər şeirləri, istərsə nəsri çox gözəldir. Təkcə “Bayıldan bayıra” kitabı buna sübutdur. Çünki, şair “Bayıl” həbsxanasında yaşadıqlarını bu kitabda ətarflı əks etdirib.Ümumiyyətlə, hər bir yazıçının yaradıcılığında onun şəxsi həyatından nəsə var. Faiq müəllimin də yaradıcılığı onun yaşadıqlarıdır!
Onun şeirləri öz səsində elə gözəl səslənir ki..!
Məncə, kimsə o şeirləri Faiq müəllim kimi gözəl səsləndirə bilməz. Çünki, onun səsindəki nisgil, kədər şeirə bir gözəllik qatır.
Bir neçə dəfə qadın şairlərdən bir neçəsi Faiq müəllimlə bacı-qardaş olub olmadığımızı soruşub:
-Sən Faiqin bacısı deyilsən ki?
--Yooox!
-Amma o qədər bənzəyirsiniz ki...!
-Bəlkə də eyni torpağın yetirməsi olduğumuz üçün bənzərliyimiz ola bilər, həm də Faiq müəllim də sarışındır axı...))
Belə bir qardaşla, təbii ki, hər kəs fəxr edərdi, necə ki mən edərəm!
Arzu edirəm ki,onun ömrü və yaradığılığı dəniz qədər əbədi olsun!
Qayıtdlğı hər səfərdən yeni əsərlərlə qayıtsın!
--Uğur olsun, Kapitan!