adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Dekabr 2018 12:15
5293
GÜNDƏM

Üç deputat parlamentdə rəhbər vəzifəyə seçildi

Parlamentin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin qərarına dəyişiklik edilib.

Adalet.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyev, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Sahibə Qafarova, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyev seçilib.