28 Iyul 2023 16:10
1999
TEXNOLOGİYA

Uçan maşınlar gerçək olur?

Uçan avtomobil xəyalı bəlkə də 100 ildir beynimizin bir kənarında reallaşmağı gözləyir. Son illərdə müxtəlif uçan avtomobil konseptləri hazırlanıb. Amma heç biri indiyə qədər yetəri qədər sərfəli, uğurlu olmayıb və kütləvi istehsala başlaya bilməyib.

Bu dəfə isə qarşımızda çox maraqlı, fərqli bir avtomobil var. Alef Aeronautics adlı şirkətin uçan elektrikli avtomobili - MODEL A. Model A hər şeyi dəyişdirə bilər. Bu avtomobil artıq test uçuşları üçün FAA-dan rəsmi icazə alıb.

Bəs Model A-nı xüsusi edən nədir? Təyyarələr kimi, əvvəlki uçan avtomobil konseptlərindəki kimi irəliyə doğru hərəkət edərək havaya qalxmır. Qatlanan və ya açıq qanadları yoxdur. Dayandığı yerdən dik havaya qalxa bilir. Tamamilə elektriklidir, yerdə 320 km məsafəni, havada 177 km məsafəni qətt edə bilir. 

Model A-nın artıq əvvəlcədən sifariş etmək mümkündür. 250 milyon dollar dəyərində ön sifariş qeyd edilib (ön sifariş dəyəri: 150-1500 dollar). Avtomobilin dəyəri 300 000$ nəzərdə tutulub və 2025-ci ildə kütləvi istehsala başlamalıdır.

Emin