"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO
İnnovasiya və sürət lideri “Bakcell” 2024-cü ildə həyata keçirdiyi strateji və vizual yenilənmə ilə bu gün rebrendinqinin ilk ildönümünü qeyd edir.
Adalet.az xəbər verir ki, son bir il ərzində “Bakcell” rəqəmsal gələcəyə doğru sürətlə addımlayaraq, yenilənmiş dizayn və brend strategiyası ilə innovasiya və süni intellekt dəstəkli həllərdən daha geniş şəkildə istifadə etməyə başlayıb. Strategiya çərçivəsində müştərilərə “Birinci Tariff”, “VoWifi”, “Bakcell Fiber”, “Star tarifləri”, “Bakcell Kart”, “Tarif məsləhətçisi” kimi innovativ məhsul və xidmətlər təqdim edilib. Bu yeniliklər, ilk növbədə, müştərilər üçün innovativ məhsul və xidmətlərin artırılması, bununla da müştəri təcrübəsinin zənginləşdirilməsini hədəfləyir.
Yeni brend strategiyası və müştəriyönümlü yanaşması ilə “Bakcell” bu gün xüsusi olaraq Qarabağ və bütün Azərbaycan bölgələrində ən sürətli, innovativ məhsul və xidmətlərini təklif edir. Rebrendinq nəticəsində Bakcell ölkənin rəqəmsal inkişafına töhfə verməklə yanaşı, innovasiyalara, dayanıqlılığa və milli dəyərlərə sadiqliyini də nümayiş etdirir.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda "Bakcell" üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Digər Xəbərlər
17 Sentyabr 2026 07:59
“ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı - Həbs edildi
15 Sentyabr 2026 10:55
“Bakcell”dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
15 Sentyabr 2026 10:21
Süni intellekt həqiqətən bu qədər təhlükəli gücə çatıb?
14 Sentyabr 2026 09:17
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
09 Sentyabr 2026 06:39
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
08 Sentyabr 2026 11:25
“Bakcell” “Peerstack Academy” tələbələri üçün hakaton keçirdi - FOTOLAR
08 Sentyabr 2026 07:02
Süni intellekt bu peşəni sərt şəkildə vurdu: 40 min gənc bir gecədə işsiz qaldı
04 Sentyabr 2026 11:12


Bakı -°C

