"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir
İnnovasiya və sürət lideri “Bakcell” mobil tətbiqində süni intellekt texnologiyasından istifadə edərək, müştərilərə fərdiləşdirilmiş yeni təkliflər təqdim edib. Süni intellekt ilə yaradılan həllər abunəçilərin zəng və internet istifadəsi ilə bağlı vərdişlərini nəzərə alaraq, onlara uyğun kampaniya və tarif planlarını formalaşdırır.
Adalet.az xəbər verir ki, müştəri davranışlarının təhlili ilə yaradılan kampaniya və tarif planları bildiriş şəklində istifadəçilərin nəzərinə çatdırılır. Bu yenilik sayəsində müştərilər vaxtlarına qənaət edərək, yaradılmış xüsusi təkliflərdən faydalana bilirlər.
Fəaliyyəti çərçivəsində müştəri məmnuniyyətini öndə tutan “Bakcell” daim istifadəçilərinin dəyişən ehtiyac və gözləntilərinə uyğun innovativ həllər təqdim edir. Beləliklə, “Bakcell” müasir texnologiyalara əsaslanan məhsul və xidmətləri ilə innovasiyanı gündəlik istifadəçi təcrübəsinin ayrılmaz hissəsinə çevirərək, müştəriyönümlü inkişaf strategiyasını uğurla davam etdirir.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda "Bakcell" üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Digər Xəbərlər
13 Mart 2026 11:31
Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir
11 Mart 2026 10:53
3 minlik "iPhone"nu oğurladı - 25 manata satdı
10 Mart 2026 15:44
Rusiya "Google"u cərimələdi
04 Mart 2026 13:42
Azərbaycanın ən populyar sosial şəbəkələri
04 Mart 2026 11:26
TEXNOLOJİ İNKİŞAFIN VAHİD RƏQƏMSAL ARXİTEKTURA PROBLEMİ
02 Mart 2026 11:27
“Bakcell” müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
27 Fevral 2026 14:05
Azərbaycanda bütün dövlət xidmətləri "Mygov"la göstəriləcək
27 Fevral 2026 11:39


Bakı -°C

