adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Sentyabr 2020 23:55
26265
DÜNYA

Üç qızına illərlə təcavüz edən ataya hökm oxundu

Rusiyanın Altay diyarında üç qızına illərlə təcavüz edən ataya hökm oxunub.

Bu barədə Lenta.ru xəbər yayıb.

Məlumata görə, istintaq Kamenski rayonunun 38 yaşlı sakininin 2016-2020-ci illərdə doqquz, 10 və 15 yaşlı qızlarına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini müəyyənləşdirib. Ümumilikdə, 11 cinayət epizodu sübut olunub.

Cinayətkar hadisə ilə əlaqədar 18 il müddətinə azadlıqdan məhrum edilib.

Ona, həmçinin, iki il müddətinə azadlığın məhdudlaşdırılması şəklində əlavə cəza verilib.