adalet.az header logo
  • Bakı -°C
22 Aprel 2026 11:42
74
GÜNDƏM
A- A+

İynə atsan yerə düşməzdi...

Aprelin 21- də  Metropolitenin baş vermiş texniki nasazlıq üzündən bir neçə saat işləməməsi  yerüstü nəqliyyatın iflic vəziyyətdə olduğunu göstərdi.Belə ki, həmin saatlarda metro işləmədiyinə görə, bu sətirlərin müəllifi də  avtobusdan istifadə etməli oldu.

Metronun " İçərişəhər" satansiyası bağlı olduğu üçün 65 nömrəli marşrutda işləyən avtobusa minib, " 20 yanvar" da  düşdüm. Keçiddən  çıxan adamlardan soruşdum ki, metro işləyir? Dedilər ki, yox ışləmir! Ona görə də həmin yerdəki avtobus dayanacağına gəldim. Burada o qədər  sərnişin vardı ki, iynə atsan yerə düşməzdi! Nə avtobusa minmək olurdu, nə  də taksilərə .

Çünki polis taksilərin orada dayanmasına imkan vermirdi. Vəziyyətdən həmişə olduğu kimi sui-istifadə edən taksi sürücüləri qiymətləri qaldırmışdılar. Həmişə metronun ' Neftçilər" , " Xalqlar dostluğu " stansiyalarına  bir manata aparırdılar. Həmin saatlarda  iki manata belə taksilər yaxın durmurdu. Dörd tələbə bir taksi sürücüsünə dedi ki, bizi iki manatdan " Neftçi"lərə apar. Sürücü isə razılaşmadı.Və adambaşına " üç manat" deyib durdu.

Tay fikirləşmədiki , bunlar tələbədir və pulları olmaya bilər. Bax həmişə belə çətin durumda taksilər  qiyməti dəfələrlə  bahalaşdırırlar ! Bir tərbiyəsiz taksi sürücüsü də vardı. Söyüşnən danışırdı və heç kim də onun tərbiyəsiz hərəkətinə görə maşınına minmədi! Nə qədər gözlədik avtobus olmadı. Axırda əlacımız kəsilib üç manat verib taksi ilə  " Xalqlar dostluğu " na  gəldik! Həmin saatlarda Yerüstü Nəqliyyat Agentliyinin heç bir fəaliyyəti   hiss olunmadı və xətlərə əlavə avtobuslar  buraxılmadı.

Eyni zamanda çətin vəziyyətdə yol polisi də hərəkət iştirakçılarına kömək etmədi!Yəni bəzi qurumların yarıtmaz fəaliyyəti üzə çıxdı.Bir neçə saatdan sonra metroda bütün stansiyaların fəaliyyəti bərpa olundu. Və Allah bir daha sərnişinləri Yerüstü Nəqliyyat Agentliyinə  və taksi sürücülərinə  möhtac eləməsin! Amin!!!

Emil FAİQOĞLU