adalet.az header logo
  • Bakı -°C
18 Aprel 2026 17:43
83
SAĞLAMLIQ
A- A+

Professor Mirat Binbay Bakıda xəstələri qəbul edib

Qardaş Türkiyədə həyatını ən məsuliyyətli və ən müqəddəs peşələrdən bir olan həkimlik peşəsinə sərf edən tanınmış səhiyyə işçilərindən biri İstanbuldakı Memorial Şişli Xəstəxanasının professoru Mirat Binbaydır. İnsan sağlamlığına xidmət etməyi, xəstələrin dərdinə çarə tapmağıözünün şərəf işi hesab edən professoru Mirat Binbay, böyük biliklə yanaşı, həm də böyük qəlb sahibi olaraq, sadəcə xəstəliyi müalicə etməklə deyil, həm də xəstələrə ümid verməklə, onlara mənəvi dayaq durmaqla insanların sağlamlığının keşiyində durur.

Böyrək, sidik yolları və kişi reproduktiv sistemi pozğunluqlarının diaqnostikası və müalicəsində güclü klinik təcrübəyə malik təcrübəli uroloq professor dr. Mirat Binbay qayğıkeş həkim olaraq xəstələrə yalnız tibbi baxımdan deyil, insani münasibətlə yanaşır. O, xəstələrin şikayətlərini diqqətlə dinləyir, onların ağrılarını öz ağrısı kimi qəbul edir. Belə həkimlər ilk görüşdən xəstədə güvən yaradır və bu da müalicənin daha uğurlu olmasına kömək edir. 

Onilliklərdir ki, qayğıkeş həkim Mirat Binbay  öz üzərində işləyir, biliklərini artırır. O, yeni müalicə üsullarını öyrənir, xəstələrinə daha yaxşı xidmət göstərmək üçün çalışır. Cəmiyyətin ən dəyərli insanlarından olan belə həkimlər xəstələrin həyatını xilas etməklə sağlam gələcəyin qurulmasına töhfə verirlər.

Qardaş Türkiyədə neçə-neçə soydaşımıza şəfa bəxş etmiş professor Mirat Binbay aprelin 18-də Bakıda City hospitalda  ödənişsiz xəstə qəbulu həyata keçirib. Qəlbi mərhəmət hissləri ilə dolu olan bu həkim ikinci vətəni saydığı Azərbaycanda dəfələrlə həkimlik missiyasını yerinə yetirib.Xəstələrinə məmnunluq bəxş edən professor Mirat Binbay növbəti Bakı səfərində də cəmiyyətimizinhörmət və sevgisini qazanıb, insanların yaddaşında yaxşı insan kimi qalaraq, qəlblərdə taxt qurub.

 

Hikmt Hudiyev