Türkiyənin media nümayəndələri Xankəndidə genişmiqyaslı işlərlə tanış olublar - YENİLƏNİB
Türkiyədən olan bir qrup media nümayəndəsi avqustun 4-də Qarabağa səfər çərçivəsində Xankəndi şəhərində olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, qonaqlar şəhərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, inşa olunan yaşayış və sosial infrastruktur obyektləri ilə yaxından tanış olublar.
Qeyd edilib ki, bu səfər Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi (TADİV) və Mədəniyyətlərarası Şəbəkə Dərnəyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqramın məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini, "Böyük Qayıdış" proqramı çərçivəsində görülən tədbirləri və bölgədə formalaşan yeni reallıqları, yerində media nümayəndələrinə nümayiş etdirməkdir.
***16:35
Türkiyənın xəbər kanalları və informasiya agentliklərinin nümayəndələri Şərqi Zəngəzur və Qarabağa səfər çərçivəsində Ağdam rayonu ərazisində icra edilən humanitar minatəmizləmə əməliyyatları ilə tanış olub.
Bu barədə Adalet.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, media nümayəndələri Azərbaycanın üzləşdiyi mina problemi, bu problemin aradan qaldırılması istiqamətində həyata keçirilən fəaliyyət, eləcə də tətbiq olunan müasir texnologiyalar və təhlükəsiz bərpa prosesində humanitar minatəmizləmənin rolu barədə ətraflı məlumatlandırılıb, müsahibələr verilib.
Digər Xəbərlər
04 Avqust 2026 19:54
İcbari sığorta ilə bağlı yeni qaydalar TƏSDİQLƏNDİ
04 Avqust 2026 18:02
Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib
04 Avqust 2026 17:07
“AzerGold” QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib
04 Avqust 2026 15:32
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
04 Avqust 2026 13:16
Culfa yeni icra başçısı kimdir? - DOSYE
04 Avqust 2026 12:56
“Xətti təfəkkür tərzi insanlarda ürəkbulanma yaradır”
04 Avqust 2026 11:42
Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılmasında əsas mərhələ başlayır
04 Avqust 2026 10:40


Bakı -°C

