adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Aprel 2020 13:14
16587
SİYASƏT

Türkiyənin Azərbaycandakı böyük elçisi Erkan Özoral cənablarına

Çox hörmətliböyük elçi!

Hər birimizyaxşı bilirik ki, bu gün-23 aprel Böyük Türk Qazi Məclisinin 100 yaşının tamamolması tarixidir. Odur ki, hər bir türkün güvənci olan unudulmaz Atatürkünyaratdığı və bu gün də türk xalqına xidmət edən Qazi Məclisi böyük və şərəfliyol keçib. Biz də qardaş türk cümhuriyyətinin-bir millətimizin ikinci dövlətiolan, Türkiyənin sevincinə, uğurlarına sevinir və bu möhtəşəm bayram münasibətilətəbrik edirik. Inanırıq ki, Türkiyə öz varlığını bütün zamanlarda qoruyacaq və tükünbayrağı həmişə yüksəkliklərdə dalğalanacaqdır.

Çox hörmətliErkan Özoral bəy, bir daha sizi və sizin şəxsinizdə bütün türk xalqını ürəkdəntəbrik edir, bayramınız mübarək olsun deyirik!

Tanrı türküqorusun!

Hörmətlə, millətvəkili Aqil Abbas və "Ədalət” qəzetinin kollektivi.