Deputat bəzi veriliş və serialları mənəvi terror adlandırdı
"Bu qanun layihəsi xaricdə oturub Azərbaycan əleyhinə iş aparan, hansısa məqsədlərlə gedib sığınacaq alan şəxslərlə bağlı tətbiq olunmalıdır. Bu, söz azadlığının məhdudlaşdırılması deyil".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qnaun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, xaricdə oturub heç bir məsuliyyət daşımadan insanları təhqir etmək və onları mənəvi terrora məruz qoymaqla bağlı Cinayət Məcəlləsində ağır maddə olmalıdır:
"Bununla bağlı prokurorluq orqanları müəyyən işlər qaldırıblar. Bu daha da genişlənməli və həmin şəxslər Azərbayacana gətirilib qanun qarşısında cavab verməlidir. Bir qrup insan hesab edir ki, danışsam məni təhqir edəcəklər. Onların çıxışlarını həyat yoldaşları, anaları, bacıları oxuyur. O cür ifadələrin işlədilməsi ilə insanların heysiyyatına toxunmaq istəyirlərsə, birinci özlərinin heysiyyatına toxunmalıdır. Onlar müxtəlif ad altında Azərbaycana tərk ediblər. Həmçinin, televiziya kanallarında göstərilən verilişlər və seriallara aidiyyəti qurumlar cavabdehlik daşıyır. Hesab edirəm ki, orada olan mənəvi terroru aradan qaldırmağa onların imkanı çata bilər".
Digər Xəbərlər
26 Dekabr 2025 13:01
"Təbii ki, bu qanunun qəbul olunmasından narazı qalanlar olacaq" - Deputat
26 Dekabr 2025 12:53
Leyla Əliyeva Üçüncü Bahar İctimai Birliyi ilə bağlı paylaşım edib
26 Dekabr 2025 12:50
Aydan 1 ildən sonra işinə qayıtdı - VİDEO
26 Dekabr 2025 12:47
HHQ-nin Təlim və Tədris Mərkəzində növbəti buraxılış mərasimi keçirilib
26 Dekabr 2025 11:53
İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma qaydası təsdiqləndi
26 Dekabr 2025 11:36
İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etdi
26 Dekabr 2025 11:35
Bu şəxslərin işdən 1 saat tez çıxması təklif olunur
26 Dekabr 2025 11:21


Bakı -°C

