adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Mart 2024 16:10
345
DÜNYA

Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 147 nəfər saxlanıldı

Türkiyənin 30 vilayətində İŞİD terror təşkilatına qarşı eyni zamanda genişmiqyaslı əməliyyat keçirilib.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Məlumata əsasən, “BOZDOĞAN-17” kod adı altında keçirilən əməliyyat zamanı İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 147 nəfər saxlanılıb.