18 Iyul 2016 16:22
8789
GÜNDƏM

Türkiyədə hərbi çevriliş tarixə qanlı olay kimi yazıldı

Türkiyədəbaş verən qiyam hökumətin nüfuzunu və dövlət gücünü zəiflətməyə yönəlmiş addımidi. Bunu bir çox yerli və xarici politoloqlar öz şərhlərində bildiriblər. Ölkədə bir gecədə başlayan qanlı olayda 265nəfər həyatın itirib. Onların çox hissəsiyerli polislər və vətəndaşlardır. Hadisədən sonra hökumət dairələrindəvə ölkədə minlərlə həbslər həyata keçirilib. Sonuncu açıqlamaya görə 6000 nəfərəyaxın saxlanılan var. Dövlət çevrilişinə cəhdləəlaqədar 30 vali və yerli icra hakimiyyəti orqanının təqribən 300 nümayəndəsivəzifəsindən azad edilib. O cümlədən ən azı 103 general və admiralıhərbiçevriliş cəhdindən sonra saxlayıb.

Bütünbunlar gündəmdə rezonans doğursa da hadisənin digər "qutusunda” əsassəbəbkarlar axtarılır. Türkiyədə baş verən qanlı hərbi çevrilişin arxasındakimlər dayanır?

Məsələilə bağlı mediaya açıqlama verən yerli və xarici politoloqlar müxtəlifşərhlərlə çıxış ediblər. Türkiyədə istirahətdə olan Politoloq Elxan Şahinoğlubildirib ki, baş verən qanlı hadisə gözənilməz idi: "Kimsənin ağlına dagəlməzdi ki, PKK ilə qanlı mübarizə getdiyi dövrdə orduda bir qrup zabitçevriliş planlaya bilər. Onsuz da AKP hökuməti ”Balyoz" və "Ergenekon”əməliyyatları ilə ordunu xeyli zəiflətmişdi. Bundan sonra Ərdoğana çətinolacaq. Əlbəttə, çevriliş yatırıldı, Ərdoğan üstünlük qazandı, ancaq orduiçində başlayacaq kütləvi həbslər də Türkiyədə növbəti gərginliyə yol açacaq.

İşiniçində Fətullah Gülənin olub-olmadığını söyləmək çətin olsa da, Nur camaatı iləəlaqədə şübhəli bilinənlərin həbslərinin sayı artacaq. Ərdoğan qiyamçı hərbçilərüzərində qələbədən sonra əlini gücləndirməyə çalışacaq, bu isə Türkiyə içindəqarşıdurma nöqtələrini artıracaq. İnanmıram ki, çevrilişdə iştirak edənlərintamamı Fətullah Gülənin nəzarətində olub və ya ona itaət ediblər. Çevrilişedənlər nəyə görə özlərinin və ailələrinin həyatlarını Amerikada gizlənənGülənə görə riskə atmalıydılar? Böyük ehtimalla, generallar şəxsi səbəblərdənçevrilişə əl atıblar. Düşünüblər ki, bu yolla Ərdoğandan və onun siyasətindənqurtula bilərlər. Başqa səbəb o ola bilərdi ki, həmin zabitlər vaxtından əvvəlistefaya göndərilmək istəməyiblər. Gülənə gəldikdə, Vaşinqton onu Ərdoğanatəhvil verməsə, iki ölkə arasındakı münasibətlər daha da soyuyacaq və bu,Ankaranın daha çox Moskvaya yaxınlaşmasına rəvac verəcək”.

Politoloqun dediklərinə qüvvət olaraq nəzərinizə çartdıraq ki, Türkiyənin Fətullah Gülənin ABŞ-dan ekstradisiyaedilməsi çağıırşına ABŞ rəsmisi Con Kerridən cavab gəlmişdi: "Fətullahçı Terror Təşkilatının(FETÖ) rəhbəri Fətullah Gülənin ABŞ-dan ekstradisiya olunması üçün onunTürkiyədə dövlət çevrilişinə cəhdin təşkilində rolunun sübutu lazımdır”.Onun sözlərinə görə, ABŞ-a FətullahGülənin ekstradisiyası üçün Ankara formal sorğu göndərməlidir: "Türkiyətərəfinin təqdim etdiyi dəlillərin standartlara uyğun olacağı təqdirdəekstradisiya anlaşmasına əməl ediləcək”.

Dövlət rəsmisi həmçinin ölkəsi Güləni Türkiyəyə verməməklə hər hansıməqsəd güdmədiyini də vurğulayıb.

Bəzişərhçilər hərbi qiyamı ordu çərçivəsində deyil, hərbçilərdən ibarət kiçik qruphalında həyata keçirildiyinin tərəfdarıdır. Məsələ ilə bağlı Azərbaycanmediasına şərh bildirən Türkiyənin siyasi şərhçisiNaciye Selin Şenocak bu sözügedənqrupun ABŞ-da oturan Gülən tərəfdarları olduğunu söyləyib. Ekspert qeyd edibki, Türkiyə Silahlı Qüvvələrinin terrorla aktiv mübarizəsi fonunda hərbçiçevrilişə cəhd təsadüfi deyil: "Türkiyə belə hadisələrintəkrarlanmaması üçün tezliklə Gülənin ABŞ-dan ekstradisiyasına nail olmalıdır.ABŞ Türkiyə qarşısında öz imicini qorumaq üçün Güləni ekstradisiya etməlidir.Əks halda Türkiyə ABŞ-ı terrorçuluğu dəstəkləyən ölkə kimi qiymətləndirəcək".

Sözsüz ki, Türkiyə tarixində bu günə kimi baş vermişölkə qarşıdurmaları arasında ən qorxunc və yaddaşlardan silinməyəcək bir hadisəninşahidi olduq. Əsgərlərin sadəcə əmrə tabel olması bəziləri üçün fürsət,bəziləri üçün isə nifrət anaqramlarını yaratdı. Bəzi beynəlxaq təşkilatların dalaqeyd qaldığı hadisədə tarixin gizli ədavətinin üstü hələ açılmayıb. Hərbi ekspert Üzeyir Cəfərov də hərbi çevrilişi tarixin qanlı hadisəsihesab edir:

"Çoxüzücü hal o oldu ki, 200-ə yaxın şəxs həlak oldu. Xeyli sayda generallar, polkovniklər həbsedildi. Əsgərlərə qarşı sərt təpkiyə üzüldüm. Əsgər əmrə tabe olan bir şəxsdir.Onların hərəkətlərini yüksək qiymətləndirmirəm, ancaq ordu idarə olunanqurumdur. Yaxınlarını, doğmalarını itirmiş adamlar əsgərlərə qarşı sərtdavrandılar, onları da anlamaq olar. Türkiyə silahlı qüvvələrinin imicinə zərbədəydi. 15 iyul 2016-cı il tarixi uzun müddət unudulmayacaq. İndiyə qədərhakimiyyət çevrilişləri həyata keçirilmişdi, ancaq TBMM-nin binasına 7 raketbombasının atılması, tankın dinc insanlarının üstünə sürülməsi, türk əsgərinintəhqir olunması, xoşagəlməz hal idi. Bu məsələ uzun müddət müzakirə olunacaq.Artıq dövlət strukturları öz fəaliyyətlərini davam etdirirlər. Yaxın saatlardaTürkiyədə vəziyyət stabilləşəcək. Araşdırma ciddiyyəti ilə aparılacaq. Bu hərbiçevrilişdə iştirak etmiş hərbiçilər ciddi şəkildə cəzalandırılacaq.

Deyirlərəsgərlər edam oluna bilər. Bunun qəti əleyhinəyəm. Türkiyə ordusu terrorçularaqarşı döyüşür, çoxlu sayda şəhid verib. Əgər bu edam məsələsi gerçək olsa,ölkədə ciddi şəkildə gərginlik olacaq".

Millətvəkili Fazil Mustafa isə bildirib ki, heç şübhəsiz bu hadisənin arxasında Baş qərargahrəisi və ya başqa bir yüksək ordu səlahiyyətlisi dura bilməz: "İşin başındabilavasitə Baş Qərargah rəisi dursaydı və ya hansısa xarizmatik bir generalprosesləri idarə etsəydi, qısa müddətə nəyəsə nail olmaq, bəlkə də, ehtimaloluna bilərdi.

Məchulbir mənbədən alınan əmrin məsuliyyəti altına ağlı başında olan kimsənin girməsiçətin işdir. Bizim üzərimizə düşən, Türkiyənin heç bir vəchlə hərbi çevrilişyaşamamasıdır. Erdoğandan xoşu-gəlib gəlməmək hər kəsin öz işidir, ancaqTürkiyənin qanuni yolla seçilmiş prezidentini və hökumətini devirmək bu ölkəniyenə də 30-40 il geri salmaq deməkdir», - deyə deputat fikrini yekunlaşdırır.

DeputatAdil Əliyev də hadisə ilə bağlı sosial şəbəkə fikirlərini paylaşıb:"Türkiyədə ötən gün baş verən hərbi çevriliş cəhdindən sonra "hərbiçevriliş" sindromu məhv edildi".Deputat ümid edir ki, daha qardaş ölkədə hərbi çevriliş cəhdi olmayacaq:"Bu hadisə ilə bağlı çox danışmaq, hər iki tərəfigünahlandırmaqolar. Kənardan baxıb mühakimə yürütmək, hadisəni qiymətləndirmək asandır. Onuqeyd edim ki, bu hadisə məni çox sarsıtdı. İnanıram ki, Türkiyə prezidenticənab Rəcəb Tayyib Ərdoğan humanistlik edib, əmrə tabe olan əsgərlərivalideynlərinə və türk xalqına bağışlayar".

Qeydedək ki, Türkiyədə baş verən qanlı qiyamın arxasında 3-cü bir ölkənin olduğubarədə fikirlər dünya mediasına sızıb. Belə ki, Qətərin sabiq əmiri Həmid binXəlifə Əlisani Türkiyədə baş verən hərbi çevrilişə cəhdin arxasında SəudiyyəƏrəbistanının olduğunu açıqlayıb. Qətərli siyasətçi Ər-Riyadın Ankarada başverən hadisələri sükutla izlədiyini deyib: "ABŞ və Səudiyyə ƏrəbistanınınTürkiyədəki hərbi çevriliş cəhdində əli var idi. Ərəbistanın Xarici İşlərnaziri Adil Cubeyr bu hadisələr qarşısında susub. Çünki nələr ola biləcəyinibilirdi”


RüfətSoltan