Polis 7,6 kq narkotik, 4,8 tondan artıq çətənə kolu aşkarladı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 17-də ümumi çəkisi 7,6 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş 4,8 tondan artıq çəkidə 4706 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Digər Xəbərlər

Polis 3 tondan artıq çətənə kolunu məhv etdi

Polis əməliyyat keçirdi - 881 kiloqram çətənə kolu aşkarlandı - VİDEO

Bakıda marketlərdən oğurluq edən 2 nəfər saxlanıldı
