Azərbaycanla Maldiv arasında viza rejimi qismən ləğv edildi
İyunun 18-də “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş” qüvvəyə minir.
Adalet.az xəbər verir ki, Saziş 2024-cü il noyabrın 15-də Bakıda COP29 çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Maldiv Respublikasının xarici işlər naziri Abdulla Xəlil arasında keçirilmiş görüşdə imzalanıb.
Müvafiq Qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisinin 2024-cü il dekabrın 27-də keçirilən iclasında müzakirə edilərək qəbul olunub, daha sonra isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilib.
Saziş Azərbaycan və Maldivin diplomatik, xidməti və rəsmi pasportlara malik olan vətəndaşlarının hərəkətini asanlaşdırmaq vasitəsilə iki ölkə arasında dostluq əlaqələrinin daha möhkəmləndirilməsi və inkişafı məqsədini daşıyır.
Razılaşmaya əsasən, tərəflərin etibarlı diplomatik və xidməti (rəsmi) pasportlara malik olan vətəndaşları bir-birinin ərazilərinə vizasız daxil ola, oradan tranzit ilə keçə, oranı tərk edə və giriş tarixindən 90 günə qədər müddətdə orada vizasız qala bilərlər.
Digər Xəbərlər
13 Dekabr 2025 10:44
"Kamran mənə çox sərt cavab yazmışdı"
13 Dekabr 2025 09:40
"Kamran Əsədovun bu işin içində olacağını ağlıma gətirməzdim" - Osman Gündüz
13 Dekabr 2025 09:10
"Təkər aləmi" kimi tanınan bazar SÖKÜLÜR - VİDEO
12 Dekabr 2025 21:50
Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU
12 Dekabr 2025 17:37
AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 2025 17:25
Polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri Fəxri Xiyabanda - VİDEO
12 Dekabr 2025 16:50
Zodda Ermənistanın hər hansı bir qazıntı və istismar işləri aparmadığı aşkarlanıb
12 Dekabr 2025 14:24


Bakı -°C

