adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Fevral 2017 21:45
7227
DÜNYA

Türkiyədə biznesmen arvadını, iki uşağını öldürüb intihar etdi

Türkiyədə 60 yaşlı biznesmen rus millətindən olan arvadını və yeniyetmə yaşına çatmayan iki övladını öldürdükdən sonra öz həyatına da son qoyub.

Adalet.az xarici mediaya istinadən bildirir ki, Muammar Gül bu amansız cinayəti Antalyadakı evində törədib.

Məlumata görə, o, arvadını silahla güllələyib, 13 yaşlı oğlu və 15 yaşlı qızını isə zəhərləyib.

İş adamının hadisə vaxtı anlaqsız vəziyyətdə olduğu bildirilir.

Muammar Gül qətldən sonra dərhal polisə zəng vuraraq ailəsini məhv etdiyini söyləyib. Bundan sonra isə özünü öldürüb.