Türkiyədə “Azərbaycan dili hazırlıq kursları” başlayır
Azərbaycanın Ankaradakı Səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında Türkiyənin Qazi Universitetində “Azərbaycan dili hazırlıq kursları”na qeydiyyat başlayıb.
Layihənin məqsədi Azərbaycan dilini və mədəniyyətini beynəlxalq səviyyədə tanıtmaq, bu irsi daha geniş kütlələrə çatdırmaqdır. Kurs çərçivəsində Azərbaycana maraq göstərən şəxslərə dil öyrənmək imkanı yaradılmaqla yanaşı, onlar Azərbaycanın tarixi, ədəbi və mədəni dəyərləri ilə dərindən tanış ediləcəklər.
Kursa dair əsas məlumatlar:
- Kursa Azərbaycan dilinə marağı olan bütün şəxslər müraciət edə bilər.
- Müraciətlər rəsmi e-poçt vasitəsilə qəbul olunacaq və müraciət edənlər müsahibəyə dəvət olunacaqlar.
- Bütün tədris materialları Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təmin ediləcək.
- Kursu uğurla bitirənlərə rəsmi sertifikat təqdim olunacaq.
- Kurs müddəti: 6 ay.
- Kurs ÖDƏNİŞSİZdir.
Kursların iştirakçıları üçün azərbaycanlı tanınmış şəxslər, ictimaiyyət, mədəniyyət xadimləri ilə görüşləri və Azərbaycanın milli dəyərləri, mədəniyyəti və s. mövzulara dair maraqlı müzakirələr təşkil ediəcəkdir.
Qəbul üçün tələb olunan sənədlər:
- Şəxsiyyət vəsiqəsi
- Foto
- CV
- Niyyət məktubu
Dərslərin başlama tarixi: 01 Mart 2025
Kurslarla bağlı ətraflı məlumat almaq üçün +90 507 099 88 45 əlaqə nömrəsi ilə əlaqə saxlaya, kursa qeydiyyatdan keçmək üçün isə sənədləri [email protected] elektron poçtuna göndərə bilərsiniz.
Azərbaycan dilini, mədəniyyətini yaxından tanımaq, gələcəkdə Azərbaycanda təhsil almaq istəyən hər kəsi bu imkandan yararlanmağa dəvət edirik!..
Ünvan: Ünvan: Qazi Universiteti, Təhsil Fakültəsi, Abant 1-ci küçə, Hersek binası, 1-ci mərtəbə.
Digər Xəbərlər
25 Sentyabr 2026 16:55
Azərbaycan Universitetində Vətən müharibəsi qazisi ilə tələbələrin görüşü olub
25 Sentyabr 2026 10:39
DİM-dən 600 balı keçmiş tələbələrə ÇAĞIRIŞ
24 Sentyabr 2026 19:00
Mingəçevir Dövlət Universiteti mühüm nailiyyətə imza atıb
22 Sentyabr 2026 20:04
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - RƏSMİ
22 Sentyabr 2026 17:58
Məsud Əfəndiyev Lənkəran Dövlət Universitetində seminar keçirib
22 Sentyabr 2026 17:18
Toğrul Xəlilov direktor təyin edildi
21 Sentyabr 2026 13:08
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR
21 Sentyabr 2026 07:14


Bakı -°C

