adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Noyabr 2015 15:16
5353
DÜNYA

Türkiyə XİN-dən Rusiya ilə bağlı sərt addım

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlara Rusiyaya səfərlərini təxirə salmaları barədə xəbərdarlıq edib.

Türkiyə XİN bununla bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, iki ölkə arasında münasibətlərin gərginləşməsindən sonra Rusiyaya gedən Türkiyə vətəndaşlarına çətinlik yaradılır: "Rusiyaya gedən və ya orada yaşayan Türkiyə vətəndaşları çətinliklə üzləşirlər. Bu durum aydınlaşana qədər vətəndaşlarımızın bu ölkəyə təcili olmayan səfərlərini təxirə salmaları tövsiyə edilib”.