Türkiyə tankları Əl-Bab zəfərini belə qeyd etdi - FOTO
Türkiyə tankları Əl-Bab zəfərini qeyri-adi şəkildə qeyd edib.
Türkiyənin Şırnak vilayətinin Silopi rayonundakı 172-ci Zirehli briqada komandanlığının tank batalyonu Suriyanın Əl-Bab bölgəsində İŞİD üzərində qələbəni qeyd edib.
Belə ki, batalyondakı M60-T tankları ay və ulduz şəkli alaraq maraqlı görüntü yaradıblar.