adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Fevral 2023 12:00
241
DÜNYA

Türkiyə, Suriya və Rusiya hərbi heyətləri fevralda görüş keçirəcəklər

Ötən ilin sonunda başlayan üçtərəfli dialoqun inkişafı çərçivəsində Türkiyə, Suriya və Rusiyanın hərbi idarə və xüsusi xidmət orqanlarının nümayəndələri fevral ayında görüş keçirəcək.

Adalet.az xəbər verir ki, bu barədə bazar günü "Sözcü" qəzetinə açıqlamasında Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

"Fevralda Suriya-Rusiya-Türkiyə formatında üçtərəfli görüşün davamında müdafiə və kəşfiyyat nazirliklərinin texniki nümayəndə heyətləri bir araya gələcək. Dialoq davam edəcək", - deyə H.Akar bildirib.

Nazir görüşün keçiriləcəyi dəqiq tarixi və yeri açıqlamayıb.