adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Noyabr 2022 18:17
207
DÜNYA

Türkiyə Suriya ilə sərhədə qoşun yığıb, quru əməliyyatlarına hazırlaşır

Türkiyə ordusunun Suriya ilə sərhəd bölgələrdə hazırlığı başa çatıb.

Adalet.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

Ordu bölmələri sərhədə bitişik ərazilərdə quru əməliyyatının başlaması üçün əmr gözləyir.

Bundan əvvəl noyabrın 27-də Türkiyə milli müdafiə naziri Hulusi Akar ordu komandanlığı və sərhədyanı bölgələrdəki birlik komandirləri ilə videokonfrans keçirib.