adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
26 Aprel 2024 17:32
446
GÜNDƏM

Qazaxda sərhədin demarkasiyası texniki cəhətdən başa çatdı

Tavuş və Qazax sektorunda sərhədin demarkasiyası prosesi texniki cəhətdən başa çatıb.

Adalet.az xəbər verir ki, bu barədə Ermənistan Parlamenti Müdafiə Komitəsinin sədri Armen Xaçatryan açıqlayıb. 

"Texniki cəhətdən tamamlanıb, bu o deməkdir ki, Almatı bəyannaməsinə əsasən Ermənistan-Azərbaycan sərhədinin keçdiyi hissə qeydə alınıb və bir daha təsdiqlənib. Başqa sözlə, bu sütunlar Sovet Ermənistanı və Sovet Azərbaycanının sərhəd-keçid məntəqələrində quraşdırılıb", - Xaçatryan qeyd edib.