Türkiyə millisinin oyunu təxirə salına bilər

UEFA Millətlər Liqasının B Divizionunun IV turunda bu gün keçirilməli olan İslandiya – Türkiyə matçı əlverişsiz hava şəraitinə görə təxirə salına bilər.
Adalet.az xəbər verir ki, oyunun reallaşacağı “Lauqardalsvöllur” stadionunun ot örtüyünün qarşılaşmanın startına qədər buz tutma ehtimalı var.
Arena ilə bağlı son qərarı UEFA nümayəndələri verəcəklər.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 22:45-də start götürməlidir.
Digər Xəbərlər

"Formula-1" vaxtı bu yollardan istifadə edin - Sürücülərin nəzərinə!

"Bavariya" "Çelsi"ni, "Liverpul" "Atletiko"nu məğlub etdi - VİDEO

Çempionlar Liqasının rəsmi səhifəsində Qurban Qurbanovla bağlı PAYLAŞIM
