Türkiyə MTŞ-də Azərbaycan və Ermənistan münasibətləri müzakirə edilib - YENİLƏNİB

“Azərbaycan və Ermənistan arasında dialoq prosesində əldə olunan irəliləyişdən məmnunuq”.
Bu sözlər Türkiyə Milli Təhlükəsizlik Şurasının yaydığı bəyanatda əks olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyilə yeni tərkibdə ilk iclasını keçirən Şura toplantının yekunlarına dair bəyanat yayıb.
Sənəddə qeyd olunub ki, Azərbaycan və Ermənistan arasındakı münaqişənin ədalətli həlli Qafqazda davamlı sülhün bərqərar olması üçün əsas olacaq və qlobal sabitliyə mühüm töhfələr verəcək. Bəyanatda, həmçinin, terrorla mübarizə, Suriyalı qaçqınların geri qayıtması, Ukrayna müharibəsi, Kosovo böhranı, Sudanda münaqişə kimi məsələlərə toxunulub.
***
Türkiyədəki seçkilərdən sonra yeni tərkibdə ilk dəfə bir araya gələn Milli Təhlükəsizlik Şurasının iclası başa çatıb.
Toplantı Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə baş tutub.
İclasın yekununda qəbul edilən bəyannamədə Türk Əsrinin başlanğıcı olan yeni dövrdə Türkiyənin təhlükəsizliyinin, əmin-amanlığının və rifahının təmin edilməsinə yönəlmiş addımların eyni qətiyyətlə atılmasının vacibliyi vurğulanıb.
Qeyd edək ki, yeni tərkibdə MTŞ-nin ilk iclası 3 saat davam edib.
Digər Xəbərlər

"Bu, bizə qarşı düşmənçilikdir" - Peskov

"Qarabağda erməni qalmayacaq" - Paşinyan

Bəşəriyyətin tamamilə bu tarixdə yox olacaq

Türkiyəli professor İstanbul zəlzələsi ilə bağlı: “800 mindən çox insanın həyatı təhlükə altında qala bilər”

Hava limanının yaxınlığında GÜCLÜ PARTLAYIŞ

Günahsız olduğu öyrənilən adam 28 il sonra azad edildi - FOTO

Vardanyan Laçında saxlanıldı, Bakıya gətirildi - YENİLƏNİB
