Türkiyə Azərbaycana 100 min ədəd ağac tingi GÖNDƏRDİ

Türkiyənin bir sıra bölgələrindən Azərbaycana 100 min ədəd ağac tingi göndərilib.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin Meşə Təsərrüfatı Baş İdarəsindən bildirilib.
Məlumatda qeyd olunub ki, Azərbaycanla Türkiyə arasında köklü əlaqələr meşə təsərrüfatı sahəsində aparılan birgə işlərlə daha da möhkəmlənir.
"Azərbaycanla siyasi, iqtisadi və hərbi məsələlərdə əməkdaşlıq etməklə yanaşı, meşə təsərrüfatı sahəsində də uğurlu layihələr həyata keçirilir. Bu çərçivədə Əskişəhər, Konya, Mersin, Urfa və Sakarya regional idarələrinin tingliklərində istehsal edilən şotland şamı, Karaçam (larch), dəfnə, akasiya kimi müxtəlif növlərdən 100 min ədəd ting Azərbaycana göndərilib. Göndərilən tinglər Qarabağda, Bakıda torpağa qovuşacaq, qardaş ölkəmiz Azərbaycanın gələcəyinə təmiz nəfəs olacaq", - məlumatda vurğulanıb.
Digər Xəbərlər
jpg-1755090227.jpg)
Fadeyev, Ermənistana 400 ton silah verəndə, sizcə, biz incimədik ?

44 günlük müharibədə Nəcməddin Sadıkov Türkiyədə dindirilib
jpg-1755072629.jpg)
Levon Ter-Petrosyanın "Vaşinqton görüşü" narahatçılığı:"Dost İran susub, Rusiya susub..."

"Jek"lər ləğv olunur?

DYP sürücülərə müraciət etdi

AHİK-dən məcburi üzvlük və göndərişlərin imtinası ilə bağlı RƏSMİ AÇIQLAMA

Paris aeroportunda övladları əllərindən alınan valideynlərlə bağlı səfirlikdən AÇIQLAMA
