Fadeyev, Ermənistana 400 ton silah verəndə, sizcə, biz incimədik ?
Mediamız yazır ki, Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardım göndəriləcək.
Yəni, Azərbaycan Prezidenti İlham Əliyevin 11 avqust 2025-ci il tarixli Sərəncamına əsasən, bu məqsədlə iki milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.
Bu vəsait çərçivəsində göndərilən ilkin humanitar yardım yükünə elektrik kabelləri, naqillər və transformatorlar daxildir.
Hazırda mediamızda gedən bütün yazıları acgözlüklə oxuyan Rusiya rəsmi orqanları bu xəbərə etinasız qalmayıb . Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Aleksey Fadeyev danışıb. O, jurnalistlərə bildirib ki, Azərbaycanlı tərəfdaşlarımız Rusiyanın Ukraynaya silah və ya ikili təyinatlı humanitar yardımla bağlı mövqeyini yaxşı bilirlər:"Bu cür hərəkətlər münaqişənin sülh yolu ilə nizamlanmasına yardım etmir, vəziyyəti daha da pisləşdirir”.
38 ildir Rusiya adlı dövlətin torpaqlarımızı işğal edən erməniləri silahlandırması, onları hərbi təlimlər keçməsini, əsgər və zabitlərinə ermənilərə məxsus hərbi paltar geyindirib, xalqımızı kütləvi şəkildə soyqırım etməsini biz -Azərbaycan görmədiyimizimi sanırsınız?
Başqa detallara girmirəm.
Uzaq tarix deyil, 2020 – ci ilin avqustunu xatırlayarsınız: Həmin vaxt Rusiya son bir ayda fasiləsiz olaraq Ermənistana 400 tondan çox müasir hərbi texnika və vasitələr hədiyyə etdi.
Özü də proses Tovuzda aktiv döyüşlərin başladığı bir vaxtda başladı və hərbi yüklər Ermənistana gizli şəkildə çatdırıldı . Tovuzda ağır döyüşlərin getdiyi bir vaxtda iyulun 17-də Rusiyadan Ermənistana 2 yük təyyarəsi həcmində “təcili” kodu ilə silah-sursat daşındı. Hərbi yüklərin daşındığı marşrut isə birbaşa rəsmi qeydlərdə də öz əksini tapdı. Rusiyanın Mineralnıy Vodı ərazisindən qalxan il-76 yük təyyarələri Qazaxıstan, Türkmənistan, İran ərazisindən keçməklə 2030 km məsafə qət edərək 3 saat yarımdan sonra Mehri və İrəvana çatdı. Bundan sonra isə ard-arda iyulun 18, 20, 27, 29 və avqustun 4-də 1 reys, avqustun 6-da isə 2 reys olmaqla Ermənistana 400 tondan artıq həcmdə hərbi yüklər çatdırıldı.
Bu hərbi yüklərdə Rusiyanın müasir, bahalı və real döyüş şəraitində effektiv radioelektron kəşfiyyat vasitələri olan "Krasuxa", "Avtobaza-M" və "Nebo-M" sistemlərinin olması isə Azərbaycanın narahatlığına səbəb olmaya bilməzdi.
O vaxt xalq olaraq güclü və qaniçən olan Rusiyaya hiddətimiz də yadımızdadır.
İndi XİN rəsmisi Aleksey Fadeyevə çatdırmaq lazımdır ki, sizcə, Rusiyanın bu cür hərəkətləri münaqişənin sülh yolu ilə nizamlanmasına yardım edirdimi? O vaxtkı kritik vəziyyəti daha da pisləşdirmirdi ki?
Axı, siz ruslar niyə bu qədər unutqansınız?
Əntiqə Rəşid
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

