13 Avqust 2025 19:17
97
DÜNYA

Tramp Zelenskiyə və Avropa liderlərinə ZƏNG EDİB

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski və Avropa liderləri ilə danışıqlar aparır.

Adalet.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Digər təfərrüatlar verilməyib.

“Reuters”in məlumatına görə, danışıqlarda Almaniya, Finlandiya, Fransa, Böyük Britaniya, İtaliya, Polşa və Aİ liderləri, həmçinin NATO-nun Baş katibi Mark Rutte iştirak edir.

Qeyd edək ki, Zelenski Almaniyada səfərdədir.

Bu gün daha erkən saatlarda Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov Berlinə səfəri zamanı Zelenskinin Almaniya Kansleri Fridrix Merts ilə görüşəcəyini açıqlamışdı. Liderlər daha sonra Avropa liderləri, NATO-nun Baş katibi Mark Rutte və ABŞ Prezidenti Donald Trampla videokonfransda iştirak edəcəkdilər.