13 Avqust 2025 23:02
193
HADİSƏ

Kəramət Şükürovun küçədə meyiti tapıldı

Şair, jurnalist Kəramət Şükürov küçədə ölü tapılıb.

Adalet.az xəbər verir ki, bu barədə “Qobustan” dərgisinin əməkdaşı, yazıçı Oqtay Əhmədov sosial şəbəkədə məlumat verib.

İlkin məlumata görə, Yasamal Rayon Prokurorluğunda ölüm faktı ilə bağlı araşdırma başladılıb.

Kəramət Şükürovun ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Kəramət Rza oğlu Şükürov 1 dekabr 1957- ci ildə Masallı rayonunun Göyçöl kəndində anadan olub.