Türkiyə Ardasız oynayacaq
Türkiyə millisinin üzvü Arda Turan zədələnib.
Adalet.az-ın Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, qasıq nahiyəsində ağrılar olan "Barselona"nın yarımmüdafiəçisi Moldova ilə bu gün keçiriləcək yoldaşlıq matçındaiştirak etməyəcək.
Qeyd edək ki, Türkiyə - Moldova oyunu Bak vaxtı ilə saat 20:15-də başlayacaq.