Türkiyə 1 milyard dollara yaxın müdafiə sənayesi məhsulu ixrac edib
2021-ci ilin yanvar-aprel aylarında Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 47,7 faiz artaraq 949,744 milyon dollara bərabər olub.
Bu barədə Adalet.az-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Aprel ayında Türkiyə 302,549 milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da 2020-ci ilin apreli ilə müqayisədə 88,3 faiz çoxdur.
Son 12 ay ərzində (aprel 2020 – aprel 2021) Türkiyə 2,585 milyard dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib.
Digər Xəbərlər
01 May 2024 13:51
Gürcüstanda vəziyyət gərginləşir
01 May 2024 13:49Xarkovda partlayış səsləri eşidilir
01 May 2024 11:06Gürcüstan yenidən çalxalanır
01 May 2024 09:41Çində magistral yol çökdü: ölənlər var - YENİLƏNİB
30 Aprel 2024 16:29