11 Dekabr 2014 11:43
4355
HADİSƏ

Türkanda baş verən qəza 3 nəfərin ölümünə səbəb oldu

Türkan qəsəbəsində üç nəfərin ölümü iləm nəticələnən qəza baş verib.

BŞPİ-dən Adalet.az-a verilən məlumata görə, dekabrın 10-da saat 18:40 radələrində, Türkan qəsəbəsində 1966-cı il təvəllüdlü Safətdin Həciyev idarə etdiyi VAZ-2106 markalı avtomobili yolun kənarında dayanan Babək rayon sakini 1977-ci il təvəllüdlü Hafiz Allahverdiyevə məxsus "Maz” markalı avtomobili arxadan vurub. Avtoqəza nəticəsində S.Həciyev, sərnişinləri- Qazax rayon sakini, 1977-ci il təvəllüdlü Qüdrət İsgəndərov, Balakən rayon sakini, 1993-cü il təvəllüdlü Cəlal İbiyev hadisə yerində ölüb. Digər sərnişini Balakən rayon sakini, 1993-cü il təvəllüdlü Vüqar Hüseynov xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.