Fransanın müdafiə naziri istefa verib
Fransanın silahlı qüvvələr üzrə naziri Bruno Le Mer səlahiyyətlərini baş nazirə təhvil verərək hökuməti dərhal tərk etmək qərarını açıqlayıb.
Adalet.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində məlumat yayıb.
O, hökumətə qoşulmağın yalnız ağır geosiyasi vəziyyət qarşısında məqsədinin Fransaya və fransız xalqına xidmət etmək olduğunu bildirib.
Le Mer verdiyi qərarın bəziləri tərəfindən anlaşılmazlıqla qarşılandığını, yanlış və qeyri-mütənasib reaksiyalara səbəb olduğunu qeyd edərək heç bir fərdi vəziyyətin ölkənin və qurumların normal fəaliyyətinə mane olmamalı olduğunu vurğulayıb.
"Bu şəraitdə mən hökuməti dərhal tərk etmək və Silahlı Qüvvələr naziri vəzifəmi baş nazirə təhvil vermək istəyim barədə respublika prezidentinə məlumat verdim. Respublika prezidenti istefamı qəbul etdi. Ümid edirəm ki, bu qərar Fransaya lazım olan yeni hökumətin formalaşdırılması ilə bağlı müzakirələri bərpa etməyə imkan verəcək", - o yazıb.
Digər Xəbərlər
11 Sentyabr 2026 23:23
Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək
11 Sentyabr 2026 23:03
ABŞ İran xalqının təslim olmasını istəyir - Pezeşkian
11 Sentyabr 2026 20:30
Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq
11 Sentyabr 2026 20:00


Bakı -°C

