06 Oktyabr 2025 21:17
78
DÜNYA

UNESCO-ya yeni rəhbər SEÇİLDİ

Misirli Xalid əl-Anani UNESCO-nun baş direktoru seçilib.

Adalet.az xəbər verir ki, o, keçirilmiş səsvermədə 57 səsdən 55-ni toplayaraq qələbə qazanıb və 2025–2029-cu illər dövrü üçün bu vəzifəni icra edəcək.

Onun rəqibi, Konqo Respublikasından Firmen Matoko isə yalnız iki səs əldə edib.

Xalid əl-Ananinin namizədliyi Afrika İttifaqı, Ərəb Dövlətləri Liqası, həmçinin Fransa, İspaniya, Türkiyə, Qabon, Almaniya və Braziliya kimi bir sıra ölkələrin dəstəyi ilə irəli sürülüb.

Xalid əl-Anani misirşünas və siyasi xadimdir. O, 29 dekabr 2019–13 avqust 2022-ci il tarixlərində Misirin turizm və qədim abidələr naziri kimi fəaliyyət göstərib.

UNESCO-nun qaydalarına görə, baş direktor ilkin olaraq dörd il müddətinə seçilir və müddət bir dəfə yenilənə bilər. İcraiyyə Şurası namizədləri qiymətləndirir və yekun təsdiq üçün tövsiyəsini Baş Konfransa təqdim edir.