"Turan Tovuz" böyük hesabla qalib gəldi
Misli Premyer Liqasının XXVIII turunda "Turan Tovuz" səfərdə "Araz-Naxçıvan"la qarşılaşıb.
Adalet.az xəbər verir ki, görüş qonaqların 3-0 hesablı qələbəsi ilə başa çatıb.
Tovuz klubu 55 xalla üçüncü, Naxçıvan komandası 39 xalla altıncı pillədə qərarlaşıb.
Günün ikinci matçında "Neftçi" səfərdə "Zirə" ilə qarşılaşır.
Tura aprelin 19-da yekun vurulacaq.


Bakı -°C

