Bakı və Sumqayıtda ağaclar qanunsuz kəsilib
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt şəhərləri, Abşeron, Qax və Oğuz rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Adalet.az xəbər verir ki, araşdırma zamanı Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 120A ünvanında, Səbail rayonu Badamdar qəsəbəsi 10-cu Badamdar küçəsində, Yasamal rayonu Müzəffər Həsənov küçəsi 69 ünvanında, Sumqayıt şəhəri Səməd Vurğun küçəsində, Abşeron rayonu Masazır kəndi Rafiq Dünyamalıyev küçəsi 20A ünvanında, Qax rayonu Qazmalar kəndi ərazisində, Qax rayonu Tasmalı kəndi yaxınlığında, Oğuz rayonu Filfilli kəndi ərazisində və Oğuz rayonu Yaqublu kəndi yaxınlığında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 133 140 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Digər Xəbərlər
16 Noyabr 2026 16:18
Bakıda restorandakı yanğın söndürüldü - YENİLƏNİB
16 Noyabr 2026 10:42
Güclü küləkdə paytaxtda 32 ağac sınıb
16 Noyabr 2026 09:49
Bakıda avtobus piyadanı vuraraq öldürdü
16 Noyabr 2026 09:38
Külək hasarı aşırdı - Qadın daşların altında qalıb öldü
16 Noyabr 2026 09:32
Tələbənin ölümü ilə bağlı təfərrüat - "Başı ağrıyırmış, hamama gedib..." - VİDEO
16 Noyabr 2026 09:00
Dövlət sərhədini pozmağa cəhd edən "paratrike" uçuş aparatı zərərsizləşdirilib
15 Noyabr 2026 21:40
Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - VİDEO
15 Noyabr 2026 21:10


Bakı -°C

