Ermənistandan Azərbaycana bəzi məhsulların ixracı gözlənilir - Kostanyan
Hazırda yaşadığımız proseslərlə mübarizə apararkən həyatımızda sülhün təmin olunması üçün hər gün investisiya etməliyik. Eyni zamanda, iqtisadi əlaqələrin qurulması da mühüm əhəmiyyət daşıyır. Artıq qeyd olunduğu kimi, biz Azərbaycanla ticarətə başlamışıq.
Adalet.az apa-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda” adlı panel sessiyasında bildirib.
Nazir müavini bildirib ki, yaxın gələcəkdə Ermənistandan Azərbaycana da bəzi məhsulların ixracının həyata keçirilməsi gözlənilir.
Onun sözlərinə görə, enerji təhlükəsizliyi mümkün əməkdaşlığın ən vacib komponentlərindən biridir və bu, təkcə ikitərəfli deyil, həm də regional baxımdan əhəmiyyət daşıyır.
Kostanyan əlavə edib ki, Ermənistan ABŞ-dakı tərəfdaşları ilə birlikdə üç layihə həyata keçirəcək: "Bu layihələr multimodal bağlantı ilə əlaqəlidir və dəmir yolları, avtomobil yolları, eləcə də enerji şəbəkələri və boru kəmərlərini əhatə edir.
O vurğulayıb ki, bu istiqamətdə əsas məqsəd Ermənistanın enerji təchizatını şaxələndirmək, eyni zamanda Mərkəzi Asiya və Azərbaycandan Avropaya yönələn enerji resursları üçün tranzit mərkəzinə çevrilməkdir.
Nazir müavini qeyd edib ki, Ermənistan üçün maraqlı layihələrdən biri də sualtı kabel layihəsidir və hazırda ölkə podratçılar arasında yaşıl enerji istehsalında ən böyük paya malikdir.
Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan da bərpa olunan enerji potensialını artırmaq istiqamətində çalışır, günəş enerjisinə ciddi investisiyalar yatırır və yeni nüvə elektrik stansiyasının tikintisini planlaşdırır.
Kostanyan bildirib ki, bu kontekstdə Avropa İttifaqı ilə əməkdaşlıq Ermənistan üçün son dərəcə vacibdir: “Bu, yalnız iqtisadi əməkdaşlıq deyil, həm də Avropa yönümlü istəklərə malik Ermənistan xalqının seçimidir”.
O əlavə edib ki, hazırda Ermənistan Avropa İttifaqı ilə genişmiqyaslı sektorlararası inteqrasiyanın başlanması istiqamətində müxtəlif sahələr üzrə iş aparır.
Nazir müavini sonda qeyd edib ki, bu baxımdan Gürcüstanın Avropa gələcəyi də Ermənistan üçün böyük əhəmiyyət daşıyır.
Digər Xəbərlər
14 May 2026 18:56
Sahibə Qafarova Buxarada Forumda iştirak etdi - FOTOLAR
14 May 2026 18:23
Trampın Çin səfərindən "əli dolu" dönəcəyi inandırıcı görünmür - Səxavət Məmməd yazır
14 May 2026 13:52
“ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir”- VİDEO
14 May 2026 11:05
İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi
14 May 2026 10:58
"BMT Təhlükəsizlik Şurasının strukturu müasir reallıqları əks etdirmir" - Prezidentin köməkçisi
14 May 2026 10:33
Hikmət Hacıyev: "Azərbaycan onların qarşılaşdığı problemləri tam şəkildə anlayır"
14 May 2026 10:21
ABŞ-İran arasında danışıqlar prosesi dalana dirənib – Politoloq
14 May 2026 10:14


Bakı -°C

