adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 May 2017 13:45
14365
İDMAN

«TURAN» KƏNARDA QALDI

Gözələnənəsi, keçmişi və bu günü olan Tovuzun«Turan» komandası birinci divizyonda çempion olsa da yüksək liqaya çıxa bilmədi. Səbəb də təbii ki,maddi məsələdi. Yəni «Turan» yüksək liqadaoynamaq üçün qoyulan şərtlərə əməl etmək gücündə deyil. Çox təəssüf. Lap çox təəssüf.

Mən«Olmayan Ağdam və olan Tovuz» adlı bir yazıyazmışdım, çoxları mənim yazıdakıfikirlərimi dəstəkləsələr də qınayanlar da olmuşdu. Hətta biri yazmışdı ki, komandanıkonfet kağızıyla saxlamaq olmaz, pul lazımdır. Guya mən bilmirəm ki, konfet kağızınədi, pul nədi.

DoğrudanmıTovuzun iş adamları bir çay süfrəsi arxasında oturub bu məsələni həll edə bilməzdilər?Edə bilərdilər, təəssüf ki, etmədilər.

Sonda.Komandanın hörmətli rəhbərliyi! Klubun adınıbelə yazırsız: «Turan-Tovuz». Ordan «Tovuz» sözünü çıxarın, bütün Azərbaycan bilir ki, «Turan» Tovuzun komandasıdı. Necə ki vaxtilə «Qarabağ» komandasınınadını rəsmi olaraq «Qarabağ-Azərsun» yazırdılar, sonra ictimaiyyətbunu qınadı, «Azərsun» sözünü çıxartdılar.