Trampı daşıyan helikopter toqquşma riski ilə üzləşdi
ABŞ Prezidenti Donald Trampı daşıyan “Marine One” helikopteri Vaşinqton üzərində sərnişin təyyarəsinə təhlükəli dərəcədə yaxınlaşıb.
Adalet.az xəbər verir ki, insident Trampın olduğu helikopter Ağ Ev ərazisindən havaya qalxarkən qeydə alınıb.
ABŞ mediasının yazdığına görə, “Marine One” ekipajı qalxışdan əvvəl Ronald Reyqan Hava Limanının dispetçer qülləsi ilə üç dəfə əlaqə saxlamağa çalışıb. Lakin radio rabitəsində yaranan nasazlıq səbəbindən dispetçer bu xəbərdarlıqları qəbul etməyib.
Bundan sonra prezident helikopteri marşrutunu davam etdirərkən hava limanından eyni vaxtda havaya qalxan sərnişin təyyarəsinə təhlükəli şəkildə yaxınlaşıb.
İlkin məlumatlara əsasən, iki hava gəmisi arasındakı məsafə üfüqi istiqamətdə təxminən 1,3 kilometrə, şaquli istiqamətdə isə 210 metrə qədər azalıb.
Ağ Ev hadisəni “təhlükəsiz məsafə pozuntusu” kimi qiymətləndirib. Rəsmilər insident zamanı Trampın həyatının təhlükə altında olmadığını bildiriblər.
Hazırda hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Digər Xəbərlər
06 Avqust 2026 09:35
“Müctəba Xamenei ilə əlaqə qurmaq hazırda çox çətindir” - Pezeşkiandan etiraflar
06 Avqust 2026 09:32
Canlı yayım zamanı güllələnərək öldürüldü - VİDEO
06 Avqust 2026 09:32
“SpaceX” raketi Aya çırpıldı
06 Avqust 2026 09:30
ABŞ-də silahlı hücum - Çox sayda ölən var
06 Avqust 2026 09:29
Pezeşkian: Suriyadakı ssenarini İranda da tətbiq etmək istəyirdilər
06 Avqust 2026 09:25
“Türkiyəni terror təhlükəsindən həmişəlik xilas edəcəyik” - Ərdoğan
05 Avqust 2026 21:00
Yeni Baş nazir sosial media fenomeninə çevrilir
05 Avqust 2026 20:01


Bakı -°C

