Yeni Baş nazir sosial media fenomeninə çevrilir
Böyük Britaniyanın yeni Baş naziri Endi Börnhem sosial mediada paylaşdığı videolar və qeyri-rəsmi üslubu ilə populist partiyaların üstünlüyünə meydan oxumağa çalışır.
Adalet.az xəbər verir ki, pablarda təqdim olunan qəlyanaltılar barədə fikirlərini bölüşməsi və öz görünüşü ilə zarafat etməsi kimi paylaşımları ilə diqqət çəkən Börnhemin videoları cəmi iki həftə ərzində “TikTok”, “X” və “Instagram” platformalarında milyonlarla baxış toplayıb.
Siyasi ekspertlərin fikrincə, Baş nazirin əsas məqsədi cəmiyyəti qütbləşdirən məzmun yaratmaq deyil, daha geniş auditoriyaya müsbət və inklüziv mesajlar çatdırmaqdır. Onlar hesab edirlər ki, bu yanaşma ölkədə iqtisadi artım və həyat səviyyəsinin yaxşılaşdırılması kimi çətin problemləri həll etməsə də, Baş nazirə geniş sosial media auditoriyası formalaşdırmağa kömək edir.
Endi Börnhemin səmimi ünsiyyət bacarığı Leyboristlər partiyasının keçmiş lideri və Baş nazir Kir Starmeri əvəzləməsində mühüm amillərdən biri kimi qiymətləndirilir.
Kir Starmerin strateji kommunikasiyalar direktoru olmuş Ceyms Lyons bildirib ki, E.Börnhem həm Baş nazir vəzifəsinə ciddi yanaşmağı, həm də özünü həddindən artıq ciddi təqdim etməməyi bacarır. Bu isə sosial mediada uzun illərdir immiqrasiya, cinayətkarlıq və sosial məsələlərlə bağlı videolar paylaşan “Reform UK” lideri Naycel Farajla rəqabətdə üstünlük qazandırmağa kömək edə bilər.
Digər Xəbərlər
10 Avqust 2026 18:00
230 miqrant bir qayığa sığınıb Böyük Britaniyaya keçdi
10 Avqust 2026 17:44
"Bir dənə də olsun istilik elektrik stansiyası qalmayıb" - Zelenski
10 Avqust 2026 14:31
Tatarıstanda matəm elan olundu - YENİLƏNİB
10 Avqust 2026 12:42
İran XİN: Əraqçi və Qalibaf Pakistana səfər edəcək
10 Avqust 2026 10:38
“Bakıda Almaniya ilə rəsmi danışıqlar aparmamışıq”
10 Avqust 2026 09:58
Kamçatkada qızıl mədənində partlayış: Ölən və yaralananlar var
10 Avqust 2026 09:50
Rusiyanın ən varlı qadınının biznes-imperiyası belə çökür...
10 Avqust 2026 09:08


Bakı -°C

