Sabiq rəis olan mayor yenidən HƏBS EDİLDİ
Müdafiə Nazirliyinin "İstirahət evi"nin rüşvət almaqda ittiham edilən sabiq rəisi İlham Haqverdiyevin barəsində olan cinayət işi üzrə qərar dəyişdirilib.
Adalet.az APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində prokurorluğun məhkəmə qərarından verdiyi apellyasiya protestinə baxılıb. Protest qismən təmin olunub.
Məhkəmənin qərarı ilə onunla bağlı cərimə cəzası ləğv olunub, barəsində 8 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi (Şərti məhkum etmə) tətbiq olunub, iki il sınaq müddəti təyin olunmaqla, cəzası şərti sayılıb.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, İlham Haqverdiyevə 15 min manat cərimə cəzası tətbiq olunub. Həbsdə olan təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib və işə hüquqi qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib. Məhkəmənin qərarı ilə İlham Haqverdiyev barəsində 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən İlham Haqverdiyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilib.
Digər Xəbərlər
18 Sentyabr 2026 15:25
Sadıqova 21 min manatlıq stəkan alan sabiq rəisin məhkəməsi başladı
15 Sentyabr 2026 11:05
Ali Məhkəmə yeniyetmələrin cinayətə cəlb edilməsinin meyarlarını açıqladı
15 Sentyabr 2026 10:52
2 nəfər hərbi çağırışdan boyun qaçırdı - Cinayət işi açıldı
14 Sentyabr 2026 18:01


Bakı -°C

