Tramp orduya əmr etdi: Onlarla hədəfə zərbələr endirildi
ABŞ Prezidenti Donald Tramp orduya Yəməndə fəaliyyət göstərən husilərə qarşı əməliyyatlara başlamaq barədə əmr verib.
Adalet.az xəbər verir ki, bu barədə o, “Truth Social” hesabında bildirib.
Onun sözlərinə görə, husilər Amerikanın və digər dövlətlərin gəmilərinə, təyyarələrinə qarşı terror kampaniyası aparıblar:
“ABŞ bayrağı altında olan ticarət gəmisinin Süveyş kanalı, Qırmızı dəniz və ya Ədən körfəzindən təhlükəsiz şəkildə keçməsindən bir ildən artıq vaxt keçir. İran tərəfindən maliyyələşdirilən Husi quldurları ABŞ təyyarələrinə raket zərbələri endirib, bizim qoşunlarımızı və müttəfiqlərimizi hədəfə alıblar. Bu hücumlar ABŞ və dünya iqtisadiyyatına milyardlarla dollara başa gəlib, eyni zamanda, günahsız insanların həyatını riskə atıb”.
Əmrdən sonra ABŞ ordusu Yəməndə husilərin nəzarətində olan hədəflərə hava zərbələri endirib. Husilərə məxsus “Al Masirah” telekanalı paytaxt Səna şəhərinə zərbələr endirildiyini bildirib.
Digər Xəbərlər
09 Dekabr 2025 11:00
MICHELIN Guide Türkiyə 2026 restoran seçimini açıqladı: ölkənin kulinariya xəritəsi daha da genişlənir
09 Dekabr 2025 10:34
Makron münaqişə prossesində pozitiv məqamlar görür
09 Dekabr 2025 10:25
Ərdoğan dedi ki, yeni dövr başlayır - Orban
09 Dekabr 2025 10:00
Zaxarova Qərb yarımkürəsinin təhlükə ilə üzləşməsindən narahatdır
09 Dekabr 2025 09:32
Tramp Qəzzanın bərpasını Qətərin boynuna qoymaq istəyir..?
08 Dekabr 2025 20:34
Paşinyan yeni müşavir təyin edib
08 Dekabr 2025 20:25
Peskov: ABŞ-Ukrayna danışıqlarının nəticələri barədə Kreml məlumatsızdır
08 Dekabr 2025 20:14


Bakı -°C

