Tramp Baydeni məxfi məlumatlara girişdən məhrum etdi
ABŞ Prezidenti Donald Tramp bu vəzifədə sələfi olan Cozef Baydeni məxfi məlumatlara girişdən məhrum edib.
Adalet.az xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
Qadağa həmçinin Bayden ailəsinin bütün üzvlərinə, eləcə də əvvəlki Amerika administrasiyasının bir sıra yüksəkvəzifəli əməkdaşlarına da şamil edilib.
Prezidentin departament və agentlik başçıları üçün dərc etdiyi qeyddə deyilir: “Qərar verdim ki, məxfi məlumatlara giriş artıq milli maraqlara cavab vermir”.
Girişdən məhrum edilənlər siyahısına, xüsusilə keçmiş vitse-prezident Kamala Harris, dövlət katibləri Antoni Blinken və Hillari Klinton, prezidentin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və başqaları daxildir.
Onların həmçinin Amerikanın mühafizə olunan obyektlərinə girişi məhdudlaşdırılıb.
Digər Xəbərlər
10 Oktyabr 2026 00:32
Putinlə Tramp Rusiya-Ukrayna münaqişəsini və İranı müzakirə ediblər
09 Oktyabr 2026 23:42
Tramp Putinlə danışdı - Dizellə bağlı razılaşma əldə etdilər
09 Oktyabr 2026 21:40
BƏƏ təsdiqlədi: Pilot İsraildə böyük terror aktı törədəcəkdi
09 Oktyabr 2026 21:20


Bakı -°C

