Tramp azərbaycanlı tələbəni azad etdirdi
Nyu York meri Zöhran Məmdani ABŞ Prezidenti Donald Trampla görüşdükdən sonra federal miqrasiya agentləri tərəfindən saxlanılan azərbaycanlı tələbə Elmina Ağayeva sərbəst buraxılıb.
Adalet.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Məlumata görə, cümə günü Nyu Yorkda federal miqrasiya agentləri Kolumbiya Universitetinin kampusunda azərbaycanlı tələbə Elmina Ağayevanı (dostları onu Elli adlandırır) saxlayıblar. Universitet rəsmilərinin sözlərinə görə, agentlər özlərini polis zabiti kimi təqdim edərək, order olmadan yaşayış binasına daxil olublar. ABŞ Daxili Təhlükəsizlik Departamenti isə həbsin qanuni olduğunu iddia edib. Məsələ birbaşa Məmdani ilə Tramp arasında müzakirə olunub. Müzakirədən sonra tələbə sərbəst buraxılıb.
Elmina sərbəst buraxıldıqdan sonra İnstaqram səhifəsində post paylaşıb:
“Sağ-salamat və təhlükəsizəm. Baş verənlərdən tamamilə şoka düşmüşəm və hər şeyi anlamaq üçün vaxta ehtiyacım var”.
Qeyd edək ki, politologiya və neyrobiologiya üzrə təhsil alan Ağayevanın tələbə vizası 2016-cı ildə ləğv edilib./Axar.az
Digər Xəbərlər
27 Fevral 2026 12:53
Qazıntı aparılan yerdən 171 nəfərin meyitini aşkarlandı
27 Fevral 2026 12:04
Aİ İranla bağlı bütün mümkün ssenarilərə hazırlaşır
27 Fevral 2026 11:54
Ermənistan-İran avtomobil yolu bağlandı
27 Fevral 2026 10:16
Anna Paşinyandan ayrıldı
27 Fevral 2026 09:29
Pakistan açıq müharibəyə başladığını elan etdi
27 Fevral 2026 00:10
Cenevrədəki ABŞ-İran görüşlərinin üçüncü raundu BAŞA ÇATDI - YENİLƏNİB
26 Fevral 2026 23:49
Trampın xanımı BMT TŞ-nin iclasına sədrlik edəcək
26 Fevral 2026 23:40


Bakı -°C

