"Seriallar kiminsə türmədən çıxıb danışdığı hekayə əsasındadır" - Siyavuş Novruzov
"Azərbaycan televiziyalarında xəbərlər proqramı bitdikdən sonra seriallar yayımlanır. Bu serialların nə tarixi şəxsiyyətlərimizə, nə Azərbaycan yazıçı və şairlərinin yazdığı əsərlərə həsr olunmayıb. Kiminsə türmədən çıxıb danışdığı hekayə əsasındadır".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Mədəniyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
"Bu serialların gənc nəslin tərbiyəsində rolu nədən ibarətdir? Baxırsan ki, həmin seriallarda dövlət orqanlarının nümayəndələri haqqında bu və ya digər formada düzgün olmayan informasiya gedir. Bu gün ölkəmizdə bədii yaradıcılıq üçün geniş meydan, əminamanlıq və sülh var. Müharibədə qalib gəlmiş tərəfik. Ağlaşmadan qələbəni təbliğ edən seriallara, filmlərə keçməliyik. Bizim əsgərlərin qəhrəmanlığını təbliğ edən seriallar çəkməliyik. Türmədən çıxan kiminsə danışdığı həyat hekayəsinin seriallarının qurbanı olmalı deyilik. Hesab edirəm ki, bu məsələlərə diqqət yetirilməlidir".
Digər Xəbərlər
27 Fevral 2026 14:04
Rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqləndi
27 Fevral 2026 14:02
Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi - FƏRMAN
27 Fevral 2026 13:33
Azərbaycanın və Efiopiyanın birinci xanımlarının görüşü oldu - VİDEO
27 Fevral 2026 12:38
Baş prokuror Kürdəmirdə vətəndaşları qəbul edəcək
27 Fevral 2026 11:48
Hava limanları üçün torpaq alınması dövlət ehtiyacları siyahısına daxil edilir
27 Fevral 2026 11:45
Ödənilməyən cərimə ilk növbədə məhkumun maaşından tutulacaq
27 Fevral 2026 11:01
Daxili Qoşunlar kursant qəbulu elan edir - VİDEO
27 Fevral 2026 10:12


Bakı -°C

