Trampın xanımı BMT TŞ-nin iclasına sədrlik edəcək
ABŞ-nin birinci xanımı Melaniya Tramp Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasına sədrlik edəcək.
Adalet.az “Reuters”ə istinadla xəbər verir ki, Ağ Evin yaydığı məlumata görə, bazar ertəsi baş tutacaq iclasda Melaniya Tramp tolerantlığın və dünya sülhünün inkişaf etdirilməsi üçün təhsilin roluna xüsusi diqqət yetirəcək.
Bununla da o, 15 üzvdən ibarət Şuraya sədrlik edən ilk ABŞ birinci xanımı kimi tarixə düşəcək.
Agentlik yazır ki, prezident Donald Trampın bu addımı onun BMT-yə qarşı illərdir davam edən sərt tənqidləri fonunda diqqət çəkir. Belə ki, Tramp 193 üzvü olan təşkilatı səmərəsiz adlandıraraq islahatların zəruriliyini vurğulayıb. Lakin ötən həftə keçirilən Sülh Şurasının ilk iclasında o, daha mülayim ton nümayiş etdirərək BMT-yə maliyyə və fəaliyyət baxımından kömək edəcəklərini bildirib.
Trampın fikrincə, yeni yaradılan Sülh Şurası BMT-nin fəaliyyətinə nəzarət edərək onun daha düzgün və effektiv işləməsini təmin edəcək. Bir çox dünya lideri bu təşəbbüsün BMT-ni əvəzləmək məqsədi daşımasından narahat olsa da, ABŞ lideri bunun əksinə, təşkilatı gücləndirəcəklərini iddia edir.
Digər Xəbərlər
27 Fevral 2026 00:10
Cenevrədəki ABŞ-İran görüşlərinin üçüncü raundu BAŞA ÇATDI - YENİLƏNİB
26 Fevral 2026 23:40
Pakistanla Əfqanıstan arasında münaqişə - İtkilər var
26 Fevral 2026 19:00
Duma ordudakı əcnəbilərlə bağlı bu qanunu qəbul etdi
26 Fevral 2026 18:55


Bakı -°C

