TQDK yoxlama imtahanı keçirəcək

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, imtahan saat 14:00-da Azərbaycan Tibb Universitetinin V korpusunda başlanacaq və 1 saat 30 dəqiqə ərzində aparılacaq. Köçürülmə ilə əlaqədar keçiriləcək imtahanda iştirak etmək üçün TQDK tərəfindən sentyabrın 3-dən 5-dək tələbələrin qeydiyyatı aparılıb və 36 tələbə müraciət edib.
İmtahan aşağıda təqdim olunmuş fənlər üzrə aparılacaq: I kurs tələbələri - Normal anatomiya (I və II semestrin materialları əsasında), Tibbi biologiya və genetika, Ümumi və bioüzvi kimya; II kurs tələbələri - Normal anatomiya, Normal fiziologiya, Biokimya; III, IV, V kurs tələbələri - Patoloji anatomiya və patoloji fiziologiya, Mikrobiologiya, Biokimya. İmtahanda hər fənn üzrə 20 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim olunur və suallar Azərbaycan Tibb Universitetinin tədris proqramları əsasında hazırlanıb. Test imtahanında hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar tələbənin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir. Hər bir fənn üzrə topladığı balı 6-dan, ümumi balı isə 30-dan az olmayan tələbələrin biliyi məqbulla qiymətləndirilir.
Digər Xəbərlər

Sabah 40 dərəcə isti olacaq

Bəzi rayonlara leysan yağıb, güclü külək əsib

DİN bu sürücülərə müraciət etdi - VİDEO

Milli parklara səfər edən turistlərin sayı artıb

Bakıda çimərlikdəki ilanlar təhlükəlidirmi? – Açıqlama

Bakıda 39, rayonlarda 30 dərəcə isti var - FAKTİKİ HAVA

Xocavənddə bu il 1 552 ev təmir olunacaq
